BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyrut limanında partlayış zamanı “Palmali”yə məxsus gəmi də ərazidə olub - FOTO

“Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"ə məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

 

F.Quliyeva bildirib ki, “Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur: “Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”.

Fotoları təqdim edirik
Tarix: 4 Avqust 2020, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin