BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanıldı

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

 

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 8 Aprel 2026, 12:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin