BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavini: “Təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb”

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı tarixdən əldə olunan nəticələr yüksək dinamika nümayiş etdirir. Hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilmiş və ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb

 

Pravda.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.

 

Nazir müavini qeyd edib ki, Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır: “Dövlətimizin yaratdığı bu imkanlar tələbələrimizin arzuladıqları ixtisası seçmələrinə və yüksək akademik göstəricilər əldə edərək müvafiq güzəştlərdən yararlanmalarına dəstək olub”.

Tarix: 9 Aprel 2026, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin