BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyxin işdən çıxarılan oğlunun yerinə o təyin edildi

Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə Kamil Bektaşi gətirilib. Manset.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri təyin edilib. K.Bektaşi bundan əvvəl “AzInTelecom” MMC-də departament direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Məhəmməd Paşazadə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra qurumda bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşidir.

 

Tarix: 9 Aprel 2026, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin