BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda sərnişin qatar relsləri üzərinə yıxıldı - FOTO

Bu gün səhər saat 8:20-8:30 radələrində Bakı metrosunun "Azadlıq prospekti" stansiyasında 20-25 yaşlarında kişi qatar relslərinin üstünə yıxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Səməd Məlikzadə öz “Facebook” səhifəsində məlumat yayıb.

 

Jurnalist bildirib ki, bir anda iki gənc özünü relslərə yıxılan kişiyə tərəf atdılar və onu qatar keçən ərazidən götürdülər:

 

“Tezliklə "Dərnəgül" stansiyasından qatarın gəlişi gözlənilirdi. Elə belə də oldu. Təxminən bir dəqiqə keçmiş həmin istiqamətdən gələn qatar stansiyaya daxil oldu. Xoşbəxtlikdən daha ağır faciə baş vermədi. Gənc oğlan huşunu itirmişdi. Biz onun ürək tutmasından yıxıldığı qənaətindəydik. Oğlanı stansiyadakı oturacaqlara uzatdılar. Qadınlardan biri dedi ki, deyəsən epilepsiyası var, barmaqlarını yığılmağa qoymayın və ağzını açın. Belə də etdilər və soydaşımız özünə gəldi. Az sonra polis əməkdaşları onu yanlarına alıb müayinə üçün apardılar. Həmin anda mənə elə gəldi ki, hər şey qaydasındadır”.(Yeni Avaz)

Fotoları təqdim edirik
Tarix: 15 Dekabr 2019, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin