Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəcəf Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Nəcəf Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, mülki iddiaçının mülki iddiasına xitam verilib.
İttihama görə, Nəcəf Yusifov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində Hədəfləmə və koordinasiya şöbəsinin inspektoru vəzifəsində, gömrük xidməti mayoru rütbəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib.
Belə ki, 2025-ci ilin mart ayında o, tanışı olan zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadaraq Cənubi Koreya Respublikasından sifariş etdiyi 2016-cı il buraxılışlı “Kia Sorento” markalı avtomobilin gömrük rəsmiləşdirilməsində köməklik göstərə biləcəyini və bu prosesi rəsmi rüsumdan daha ucuz qiymətə həyata keçirəcəyini bildirib. Təqsirləndirilən şəxs guya gömrük orqanlarında olan əlaqələrindən istifadə etməklə avtomobili 10 850 manat müqabilində rəsmiləşdirəcəyini deyərək zərərçəkmiş şəxsin etibarını qazanıb.
Bu yalan vədlərə inanan S.S. Nəcəfin göstərdiyi kart hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 10 850 manat pul vəsaiti köçürüb. Təqsirləndirilən şəxs isə həmin vəsaiti ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.
Məhkəmə baxışı zamanı dindirilən Nəcəf Yusifov ifadəsində deyib ki, o, uzun illər gömrük orqanlarında çalışsa da, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı səlahiyyəti və praktiki təcrübəsi olmayıb. O, zərərçəkmiş S.S.-lə təsadüfi tanışlıq zamanı sonuncunun müraciətindən sonra pul ehtiyacı olduğu üçün yalandan köməklik göstərə biləcəyini bildirib.
Nəcəfin sözlərinə görə, ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən 9 000 manat, daha sonra isə əlavə 500 manat və 1 350 manat olmaqla ümumilikdə 10 850 manat vəsait köçürülüb. Təqsirləndirilən şəxs bu vəsaiti şəxsi ehtiyaclarına, o cümlədən anasının müalicəsinə sərf etdiyini qeyd edib.
O, həmçinin vurğulayıb ki, müəyyən müddət sonra S.S. ödənilmiş məbləğin geri qaytarılmasını tələb edib, lakin maddi imkanı olmadığı üçün bunu dərhal edə bilməyib. Daha sonra o, hissə-hissə ödəniş etməyə başlayaraq ilkin olaraq 1 000 manat, ardınca isə əlavə 850 manat geri qaytarıb.
İş materiallarından məlum olub ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyib.
İttiham tərəfi hesab edir ki, Nəcəf Yusifov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib.
Kamal Məmmədov
19 May 04:45
19 May 03:32
19 May 00:47
19 May 00:01
18 May 22:42
18 May 22:03
18 May 21:34
18 May 21:07
18 May 20:29
18 May 19:28
18 May 19:25
18 May 19:06
18 May 18:52
18 May 18:45
18 May 18:33
18 May 18:17
18 May 18:15
18 May 18:10
18 May 18:08
18 May 18:05
18 May 17:51
18 May 17:41
18 May 17:34
18 May 17:03
18 May 17:01
18 May 16:47
18 May 16:34
18 May 16:33
18 May 16:24
18 May 16:23
18 May 16:20
18 May 16:16
18 May 16:09
18 May 16:07
18 May 16:01
18 May 15:54
18 May 15:42
18 May 15:38
18 May 15:35
18 May 15:26
18 May 15:07
18 May 15:02
18 May 14:51
18 May 14:47
18 May 14:46
18 May 14:42
18 May 14:35
18 May 14:33
18 May 14:17
18 May 14:15
18 May 14:11
18 May 14:10
18 May 14:06
18 May 13:55
18 May 13:43
18 May 13:39
18 May 13:36
18 May 13:35
18 May 13:30
18 May 13:28
18 May 13:23
18 May 13:23
18 May 13:18
18 May 13:13
18 May 13:10
18 May 13:06
18 May 13:05
18 May 13:04
18 May 13:01
18 May 13:00
18 May 12:59
18 May 12:55
18 May 12:47
18 May 12:46
18 May 12:30
18 May 12:17
18 May 11:58
18 May 11:56
18 May 11:51
18 May 11:50
18 May 11:46
18 May 11:41
18 May 11:36
18 May 11:30
18 May 11:26
18 May 11:19
18 May 11:13
18 May 11:06
18 May 11:03
18 May 10:52
18 May 10:41
18 May 10:35
18 May 10:33
18 May 10:14
18 May 10:06
18 May 09:55
18 May 09:52
18 May 09:48
18 May 09:43
18 May 09:34
18 May 09:31
18 May 09:23
18 May 09:18
18 May 09:11
18 May 09:10
18 May 09:07
18 May 09:05
18 May 09:03
18 May 09:01
18 May 08:55
18 May 08:53
18 May 08:47
18 May 08:44
18 May 03:27
18 May 01:59
18 May 01:52
18 May 01:47
18 May 01:45
18 May 00:10
18 May 00:08
18 May 00:02
17 May 23:18
17 May 22:40
17 May 22:34
17 May 20:19
17 May 19:54
17 May 19:07
17 May 19:00
17 May 18:57
17 May 18:46
17 May 18:44
17 May 18:37
17 May 18:35
17 May 18:33
17 May 18:31
17 May 18:28
17 May 18:26
17 May 18:24
17 May 18:21
17 May 18:19
17 May 17:49
17 May 17:40
17 May 16:49
17 May 16:47
17 May 16:45
17 May 16:15
17 May 16:09
17 May 15:43
17 May 15:26
17 May 15:04
Ən son xəbərləri səhifəmizdən də izləyin