Reklam

Bəxtiyar İsmayılov Naxçıvanda yüksək vəzifəyə təyin edildi

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin müvafiq əmri ilə  Bəxtiyar İsmayılov Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

 

Təyin olunan sədr müavini bu dəqiqələrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən kollektivə təqdim edilib.

 

Qeyd edək ki, Bəxtiyar İsmayılov bundan əvvəl Şahbuz Rayon İcra Hakimiyyətində, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və bir sıra dövlət qurumlarında fəaliyyət göstərib.

Tarix: 16 Aprel 2026, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin