BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müğənni sizin cibinizə girmir, halal pulunu qazanır” – Nura Suri

Müğənni Nura Suri hər fürsətdə sənət adamlarının tənqid edilməsinə sərt reaksiya verib.

 

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan xanım sənətçi belə insanları dərrakəsiz adlandırıb:

 

“Kim ki, müğənnilərə “manıs” deyir, bütün problemlərdə müğənniləri müzakirə obyektinə çevirir (qorxaqlığından, çünki evdə arvadına, ərinə, işdə rəhbərinə və s. sözünü deyə bilmir), “xalqın puluyla” filan kimi cümlələrdən istifadə edir dostluğumu tərk etsin. Sizin kimi qorxaq, dayaz düşüncəli insanlarla heç virtual da dost olmaq istəmirəm. Müğənni sizin cibinizə girmir, halal pulunu qazanır. Müğənni millət vəkili deyil, məmur deyil. Hər hansı bir problemə fikir bildirmək kimi məcburiyyəti yoxdur. İnsanlara peşəsinə görə qiymət verən dərrakəsiz insanlarla dost ola bilmərəm. İstəmirəm. Heç bir insanın şəxsiyyətini onun nə peşəsi, nə irqi, nə milliyəti müəyyənləşdirmir. Ömrüboyu həyatdakı uğursuzluqlarınızda başqalarını günahlandırmaqdan, paxıllıq və qeybət etməkdən vaz keçin. Çox aciz görünürsüz!”

Tarix: 5 Avqust 2020, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin