ABŞ tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışına, daşınmasına və boşaldılmasına mayın 16-dək icazə verib. Bu, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş ümumi lisenziyanın mətnində yer alıb. Qərar ABŞ-ın sanksiya siyahısına daxil edilmiş tankerlərə yüklənən nefti də əhatə edir. Maraqlıdır ki, aprelin 16-da ABŞ maliyyə naziri Skott Benset Rusiya nefti ilə bağlı yumşalmanın olmayacağını elan etmişdi. Bu isə ABŞ-nin İranla bağlı müharibə planının tez zamanda bitmədiyi üçün Rusiya ilə münasibətləri yumşaldacağı ehtimallarını artırır.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, ABŞ bir tərəfdən rəqibləri sanksiyalarla zəiflətmək istəyirdisə, indi qlobal enerji sistemi dağıldığı üçün digər tərəfdən də bu dağılmanın qarşısını almağa çalışır:

“Real siyasətin üstünlüyünü görürük. Tramp administrasiyasının Rusiya nefti ilə bağlı güzəşti uzatması göstərir ki, Vaşinqton üçün hazırda əsas prioritet ideoloji mövqedən çox enerji bazarının sabitliyidir. Məqsəd bir tərəfdən Vladimir Putin rəhbərliyindəki Rusiyaya təzyiq göstərməkdirsə, digər tərəfdən isə qlobal iqtisadi şokdan qaçılmağa çalışılır. Burada sanksiya siyasətinin selektiv tətbiqi və sanksiya siyasətində ziddiyyətlər meydana çıxır. Qərar Qərbin vahid mövqeyini zəiflədir. Avropa İttifaqı, xüsusilə Ursula Von Der Leyen sanksiyaların sərtləşdirilməsini müdafiə edir, ABŞ isə praktik səbəblərlə yumşalma addımı atır. Bu fərq transatlantik münasibətlərdə strateji uyğunsuzluq yaradır və Rusiyaya qarşı təzyiq mexanizmini zəiflədir. Enerji təhlükəsizliyi faktorunu nəzərə almaq lazımdır. Beynəlxalq Enerji Agentliyinin qeyd etdiyi kimi hazırkı böhran tarixdə ən ciddi enerji təchizatı problemlərindən biridir. Söhbət Hörmüz boğazı kimi kritik nöqtələrin bağlanma riskindən, Yaxın Şərqdə enerji infrastrukturunun zədələnməsindən gedir. Bunlar göstərir ki, enerji artıq sadəcə iqtisadi deyil, birbaşa təhlükəsizlik məsələsidir. Daxili siyasətin təsirlərini də görməzdən gəlmək olmaz. ABŞ daxilində yüksək neft qiymətləri siyasi risk yaradır. Seçicilər üçün enerji qiymətləri birbaşa rifah məsələsidir. Bu da Tramp üçün seçki öncəsi əlavə təzyiq deməkdir. Beləliklə, xarici siyasət qərarı daxili siyasi maraqlarla sıx bağlıdır”.
Ş.Həsənova bildirib ki, bu qərar eyni zamanda inkişaf etməkdə olan ölkələrin təsirinin artdığını göstərir: “Xüsusilə Modi ilə aparılan danışıqları nəzərə alsaq, Hindistan kimi böyük alıcılar artıq qlobal enerji siyasətinə ciddi təsir edir. ABŞ da bu ölkələrin tələblərini nəzərə almağa məcbur qalır. Bu hadisədən çıxan əsas nəticələr odur ki, sanksiyalar artıq tam effektiv alət deyil, çünki qlobal iqtisadi qarşılıqlı asılılıq çox yüksəkdir, enerji təhlükəsizliyi böyük güclərin siyasətini formalaşdıran əsas faktora çevrilib, ABŞ kimi güclər belə geosiyasi reallıqlar qarşısında kompromisə getməyə məcbur qalır. Bu baxımdan qərar qısa müddətdə bazarı sabitləşdirə bilər, lakin uzun müddətdə Qərbin Rusiya üzərində təzyiq strategiyasını zəiflətmək riski daşıyır”.
Şəhanə Quliyeva
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin