Məşhur müğənnni Aysun İsmayılova tanınmış aparıcı və prodüser Tarix Əliyevin “Youtube” kanalında yayımlanan “Səmimi” verilişində qonaq olub.
Pravda.az xəbər verir ki, müğənni hər iki evliliyində yaşadığı çətin günlərdən danışıb.
Birinci həyat yoldaşı Eşqin Cəlilovla olan münasibətindən bəhs edərək deyib ki, nişanından bir ay sonra ayrılmaq istəsə də, buna anası (müğənni Rəqsanə İsmayılova-red.) icazə verməyib: “Nişanlı olduğum müddətdə, bayramların birində Moskva şəhərində yerləşən, məclislərimizi etdiyimiz həyət evinin restoranı vardı ki, anamı ora çağırıb nişanımı qaytarmaq istədiyimi dedim. Anam da bunun əleyhinə çıxdı və “olmaz, camaata nə deyərik?! dedi”. Daha sonra o söz artıq beynimdə qaldı”. Sonra evlənməyimə anam razı olmasa da, o sözə görə düşündüm ki, ailə qurmalıyam. Nişanımda hər şeyi, xonçalarıma qədər özüm hazırlamışdım. Oğlan evindən mənə nəisə verilməmişdi, heç kimə də bildirmədim. Nişana bir həftə qalmışdı. Oğlan evi xonçanı vermişdi, içini doldurmaq üçün pul yox idi, evdəkilərə də deyə bilmədim. Şəmkir toyuna getdim, qazandığım pulları xonçalara xərclədim. Nişanda qızıl taxılmamışdı, nişan üzüklərini də özüm aldım. Bir evlənmə təklifi üçün üzük verilmişdi, o da alınma deyildi, anasının üzüyünü taxmışdı mənə. Mənə maddiyyat maraqlı deyildi. Vacib deyildi bahalı komplektlər alına, adam kasıb da ola bilər, əvəzinə bir gül də ala bilərdi”.
A.İsmayılova bildirib ki, ikinci evliliyindən olan uşağını keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyevin görməsinə icazə vermir: “Çünki il yarımdır o uşağı ata tərəfdən kimsə axtarmır. Mənim uşağım artıq anlayır, atası ya bu uşağı həftədə iki gün gəlib görməlidir və bütün tələbatını qarşılamalıdır, ya da gedib ildə bir dəfə gəlib uşağıma travma yaşatmamalıdır. Dayəmlə ona xəbər göndərdim. Hər zaman ətrafıma deyirəm ki, boşananda elə boşanın ki, üz-üzə gələ biləsiniz, ortada uşaq var. Mən kimsəylə düşmənçilik aparmamışam. Uşağımın atasına da ilk gündən dedim ki, övladını nə zaman istəsən, gəlib görə bilərsən. Uşağım 40 dərəcə qızdırmalı idi, mikrob düşmüşdü... Səhərə qədər xəstəxanada qalmışdıq. 12 gün övladım əziyyət çəkdi. Mən gecə atasına yazdım ki, uşağa dərman lazımdır, gecə qızdırma qalxıb, uşağı qoyub gedə bilmirəm. Bakıda da heç kimim yox idi. Gecə saat 4-də kimə yığa bilərəm ki, dərman gətir?! Ancaq uşağın atasına edə bilərdim. O dərmanı göndərə bilmirsə mənə, “göndərirəm” deyib telefonu söndürürsə, deməli, bu insana uşaq lazım deyil! Mən o uşağı anamın evindən götürüb gətirməmişdim”.
Şəhanə Quliyeva
12 May 10:51
12 May 10:40
12 May 10:33
12 May 10:32
12 May 10:25
12 May 10:21
12 May 10:11
12 May 09:59
12 May 09:57
12 May 09:40
12 May 09:37
12 May 09:30
12 May 09:22
12 May 09:12
12 May 09:08
12 May 09:02
12 May 09:00
12 May 08:56
12 May 08:45
12 May 08:35
12 May 08:26
12 May 08:22
12 May 08:18
12 May 08:14
12 May 08:11
12 May 08:07
12 May 08:05
12 May 08:03
12 May 01:25
12 May 00:06
11 May 23:24
11 May 21:55
11 May 21:29
11 May 21:27
11 May 20:13
11 May 18:47
11 May 17:51
11 May 17:15
11 May 16:16
11 May 16:12
11 May 15:55
11 May 15:50
11 May 15:46
11 May 15:41
11 May 15:35
11 May 15:30
11 May 15:21
11 May 15:06
11 May 14:56
11 May 14:52
11 May 13:52
11 May 13:51
11 May 13:18
11 May 12:14
11 May 12:12
11 May 11:55
11 May 11:13
11 May 09:49
11 May 09:47
11 May 08:46
11 May 07:22
11 May 07:11
11 May 00:22
10 May 23:33
10 May 22:41
10 May 21:30
10 May 21:29
10 May 21:28
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
Ən son xəbərləri səhifəmizdən də izləyin