BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputatın səhhətindən xəbər var

"Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş millət vəkili  Araz Əlizadə koronavirusla bağlı müalicəsini davam etdirir". 

Pravda.az xəbər verir ki, bu barədə A.Əlizadənin sabiq köməkçisi Günel Babayeva məlumat verib.

O qeyd edib ki, hazırda Araz müəllimin səhhətində ciddi bir dəyişiklik müşahidə olunmur:

"Yenə də xəstəxanada müalicəsini davam etdirir. Vəziyyəti orta-stabil olaraq qalır”.


Qeyd edək ki, A.Əlizadə bir müddətdir, koronavirusa yoluxub. O “Yeni klinika”ya yerləşdirilib.Şərq.az

Tarix: 5 Avqust 2020, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin