Reklam

Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə qəza törətdi

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında "Range Rover" markalı nəqliyyat vasitəsi qaçırılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

 

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

 

Faktla araşdırma aparılır.

Tarix: 20 Aprel 2026, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin