Reklam

Yaponiyada güclü zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb

Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
 

“Kyodo” agentliyinin yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb.


Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib.


Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.


Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb.


Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər./APA

Tarix: 21 Aprel 2026, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin