Reklam

Rəfiqəsinə qarşı dələduzluq edən qadın qərardan şikayətçidir

Bakıda dələduzluqda təqsirləndirilən Rəna Yusifovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Rəna Yusifova rəfiqəsi, zərərçəkmiş Pakizə Quliyevanın 2014-cü ildə  “Şərur” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri Xətai rayonu G.Şixlinski küçəsi yerləşən yaşayış binasının 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96.23 kv/m olan mənzili 54600 manata Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat kontorunda etibarnamə əsasında alıb. Sonra zərərçəkmiş şəxsin Rusiya Federasiyasına getməsi səbəbindən həmin mənzilinə dair sənədləri, yəni etibarnamə və Pakizə Quliyeva ilə MTK arasında bağlanılmış alqı-satqı müqaviləsini yaxın rəfiqəsi olmaqla aralarında etibarlı münasibət olduğundan saxlayıb. Daha sonra Rəna Yusifova Pakizə Quliyevanın mülkiyyətində olan həmin əmlakı zərərçəkmişin icazəsi və razılığı olmadan 65000 manata sataraq pulları dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, o, 2014-cü ilin avqust ayında Pakizə Quliyevanı aldadaq yenidən ondan 4 000 manat pul alıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəna Yusifova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Ali Məhkəmə isə Rəna Yusifovanın cəzasını 5 il 6 aya endirib. O, bu dəfə ümumi rejimli cəzaçəkmə müəssisəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçməsi ilə bağlı məhkəməyə üz tutub.

 

Kamal Məmmədov

Tarix: 21 Aprel 2026, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin