Reklam

Ailəsi Rəşad Dağlısız ad gününü belə qeyd etdi - VİDEO

Övladları hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı paylaşım ediblər.

 

Oğlu Yusif və qızı Bətül meyxanaçını ad günü münasibətilə təbrik edib.

 

"Bu gün atamın ad günüdür. Səni təbrik edirəm, 100 yaşa. İnşallah, axırıncı dəfədir ki, sənsiz tort kəsirik" deyə, R.Dağlının oğlu söyləyib.

 

Videoda meyxanaçı Orxan Lökbatanlı və onun oğlu Hüseyn də yer alıb.

 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (axşam.az)

 

Tarix: 21 Aprel 2026, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin