Reklam

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

 

Fərmana əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

 

Bu sıraya ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələri hakimləri də əlavə edilir.

Tarix: 21 Aprel 2026, 16:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin