BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyrutdakı partlayışa görə liman administrasiyasının bütün əməkdaşları ev dustağı edildi

Livan hökuməti Beyrut limanında baş verən partlayışa görə xüsusi vəzifəli şəxslər müəyyənləşdirilib məsuliyyətə cəlb olunana qədər limanın bütün administrasiyasının işçilərinin ev dustaqlığı barədə qərar qəbul edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Livanın "LBC International" telekanalı məlumat yayıb.

 

Müvafiq qərar hökumət kabinetinin fövqəladə iclasında qəbul edilib. Qərarın icrası orduya həvalə olunub.

 

Xatırladaq ki, dünən Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.APA

Tarix: 5 Avqust 2020, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin