Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə 16 il əvvəl qətl törətməkdə təqsirləndirilən Turab Vəliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o Cinayət Məcəlləsinin 120.2.4 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadələr elan olunub.
Məlum olub ki, Turab Vəliyev məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə məhkəmə baxışında səsləndirdiyi mövqeyi arasında ciddi ziddiyyətlər yaranıb. Bu səbəbdən onun 2023-cü ildə şübhəli şəxs, daha sonra isə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri, eləcə də həmin dindirmə proseslərinin videoçəkilişləri məhkəmədə araşdırılıb.
İbtidai istintaq zamanı verdiyi ifadələrdə təqsirləndirilən şəxs bildirib ki, mərhum Məhərrəm Həsənovu həmkəndlisi kimi tanıyıb, aralarında heç bir qohumluq əlaqəsi, düşmənçilik və ya ədavət olmayıb. Onun sözlərinə görə, hadisə 15 fevral 2010-cu il tarixdə baş verib və həmin günü dəqiq xatırlayır.
Turab Vəliyev qeyd edib ki, həmin gün günortadan sonra Gəncə şəhərinə getmək qərarına gəlib. Məqsədi daha əvvəl satdığı qardaşına məxsus qızıl üzüyün eynisini almaq üçün qiymətlərlə maraqlanmaq olub. Bu məqsədlə yolda Məhərrəm Həsənovun idarə etdiyi “Daewoo Nexia” markalı avtomobili saxladaraq onunla birlikdə Gəncəyə yollanıb.
Turab Vəliyevin ifadəsinə görə, şəhərdə təxminən 30-40 dəqiqə qaldıqdan sonra geri qayıdıblar. Geri dönüş zamanı isə Məhərrəm Həsənov əsas yoldan çıxaraq kənd yolu ilə hərəkət edib. Təqsirləndirilən şəxs deyib ki, kəndə yaxınlaşdıqları zaman üzərində kifayət qədər pul olmadığını etiraf edərək sürücüdən pulu sonradan verə biləcəyini xahiş edib.
İfadəyə əsasən, bu zaman tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs vurğulayıb ki, Məhərrəm Həsənov onu təhqir edərək söyüb və fiziki zor tətbiq edib. Bundan sonra avtomobildə əlbəyaxa dava baş verib.
O, hadisənin davamını belə təsvir edib: “Əsəbi vəziyyətdə üzərimdə olan qatlanan cib bıçağını çıxararaq Məhərrəmə çoxsaylı zərbələr endirdim. Zərbələri əsasən baş, sifət və boyun nahiyəsinə vurdum. Daha sonra avtomobildən düşərək hadisə yerindən qaçdım”.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, hadisə yerindən uzaqlaşdıqdan sonra istifadə etdiyi bıçağı və avtomobilin açarını ərazidəki kolluq sahəyə atıb. Daha sonra kəndə qayıdaraq yaxın dostuna baş verənləri danışıb, lakin hadisə barədə uzun müddət heç kimə məlumat verməyib.
İş materiallarına əsasən, hadisədən sonra uzun müddət bu cinayətlə bağlı konkret şəxs müəyyən edilməyib. Yalnız sonrakı illərdə aparılan istintaq tədbirləri, o cümlədən avtomobildə aşkar edilmiş əl-barmaq izləri nəticəsində Turab Vəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, mərhumun üzərindən hər hansı pul və ya qiymətli əşya götürməyib və hadisəni yalnız yaranmış mübahisə və təhqirlərə görə törədib.
İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Turab Vəliyev bildirib ki, Məhərrəm Həsənovun öldürüldüyü gün o, mərhumun avtomobili ilə harasa getməyini, ümumiyyətlə də zərərçəkmişin idarə etdiyi maşına minib-minmədiyini xatırlamır.
Məhkəmə istintaqı zamanı Turab Vəliyev yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir.
İttihama görə, Şəmkir rayonunun Yeniabad kənd sakini, 1989-cu il təvəllüdlü Turab Vəliyev 2010-cu il fevralın 15-də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla yaşadığı kənd istiqamətində hərəkətdə olarkən ödənişlə bağlı aralarında mübahisə yaranıb. Bu zaman Turab Vəliyev üzərində gəzdirdiyi bıçaqla Məhərrəm Həsənova 11 zərbə endirərək onu qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılsa da, cinayətin üstü açılmayıb, qatil tapılmayıb.
Turab Vəliyev 2023-cü il dekabrın 15-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb.
Araşdırmalar zamanı Turab Vəliyevin 2010-cu ildə həmyerlisi Məhərrəm Həsənovu qətlə yetirdiyi məlum olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov
10 May 21:30
10 May 21:29
10 May 21:28
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
8 May 13:59
8 May 13:16
8 May 12:47
8 May 12:45
8 May 12:37
8 May 12:28
8 May 12:24
8 May 12:21
8 May 12:09
8 May 11:38
8 May 11:33
8 May 11:14
8 May 10:50
8 May 10:45
8 May 10:36
8 May 10:18
8 May 09:54
8 May 09:52
8 May 09:51
8 May 09:32
8 May 09:30
8 May 09:10
8 May 08:55
8 May 08:46
8 May 08:45
8 May 08:30
8 May 08:27
8 May 08:24
8 May 08:21
8 May 08:19
8 May 08:12
8 May 08:01
8 May 07:26
8 May 07:23
8 May 01:21
8 May 01:20
8 May 00:23
Ən son xəbərləri səhifəmizdən də izləyin