Reklam

Sutka 25 saat olacaq

Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.

 

Bu barədə "Mirror" nəşri xəbər yayıb.

 

Mütəxəssislər bildirirlər ki, planetimiz yavaşladıqca, Ayın orbiti sürətlənir və bu proses sutkanın müddətinin artmasına gətirib çıxarır. Qeyd olunur ki, 2000-ci ildən bəri bu proses daha da sürətlənib.

 

Sürətin bu şəkildə dəyişməsi Yerin və Ayın daimi qarşılıqlı cazibə qüvvəsi ilə bağlıdır. Mahiyyətcə Yerə "əyləc" effekti göstərən qüvvə, okeanlarda qabarma və çəkilmə hadisələrinə səbəb olan təsir qüvvəsi ilə eynidir.

 

Oxu.az

Tarix: 22 Aprel 2026, 06:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin