Reklam

Tanınmış həkim ağ saçları qaraldan saç reseptinə görə tənqid edildi: “Öz saçı niyə ağdır?” - VİDEO

Tanınmış həkim Seyfəddin Əsədin ağ saçları qaraltmaqla bağlı tövsiyə etdiyi resept müzakirə yaradıb.

 

Pravda.az xəbər verir ki, həkim "Dünya" TV-yə müsahibəsində “Kənd yumurtasının üzərinə tam dəmlənmiş yaşıl çay, bir xörək qaşığı hind yağı əlavə edirsən. Qarışdırıb saçının dibinə çəkirsən, bir saat sonra yuyursan. Bunu hər gün etməsən də, bir gündən bir edirsən. İki aydan sonra saçın tamam dəyişəcək. Üç ay sonra isə öz təbii rəngində saçın olacaq. Bu resept saçın tökülməsinin, qırılmasının qarşısını alır, saçın rəngini verən melanin piqmentini bərpa edir” deyib.

 

İzləyicilər həkimin öz saçlarının ağ olmasına diqqət çəkərək reseptin işə yaramadığını bildiriblər.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran Seyfəddin Əsəd tənqidlərə belə cavab verib:

 

"Mən belə oxşlayıram. Mənim yaşıma çatanda başa düşəcəklər ki, hər yaşda saçın rənginin öz gözəlliyi var. 25-30, yaxud 35-40 yaşım olsa idi, təbii ki, dediyim reseptdən istifadə edərdim..."

 

Aytəkin Qardaşova

 

Tarix: 22 Aprel 2026, 13:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin