BURADA REKLAMINIZ OLA
BİLƏR

Parlament 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun layihəsini qəbul edib - Türkiyədə

15 yaşdan kiçik şəxslər üçün sosial media qadağasını özündə ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

 

Buna uyğun olaraq, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcəklər.

 

Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən "nəşrdən məzmunun çıxarılması və girişin bloklanması" ilə bağlı müddəa dəyişdirilib.

 

Bu düzəlişə əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar.

 

APA

Tarix: 23 Aprel 2026, 07:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin