BURADA REKLAMINIZ OLA
BİLƏR

Murad Arif onun adından ərəb dilini bağlı yayılan məlumatı təkzib etdi: “Yanlışdır”

Tanınmış müğənni Murad Arif adından yayılan açıqlamanı təkzib edib.

 

Pravda.az xəbər verir ki, müğənni ərəb dili ilə bağlı heç bir məlumat paylaşmadığını bildirib.

 

"Mətbuatda bu gün haqqımda yayılan xəbərlə bağlı heç bir açıq istinad linki yoxdur və ola da bilməz. Mənim şəxsən istifadə etdiyim yeganə Facebook səhifəsi budur və burada paylaşımları öz adımdan, şəxsən özüm edirəm. Instagram, TikTok və Facebook səhifələrim də öz adımla fəaliyyət göstərən, təsdiqlənmiş rəsmi hesablarımdır. Burada yazıb paylaşdıqlarımdan başqa, adımla bağlı yayılan istənilən xəbəri yanlış, şayiə və iftira hesab edin”, - o qeyd edib.

 

Qeyd: “Facebook” sosial şəbəkəsində “Murad Arif” profili ilə müğənninin adından "Ərəb dilində molla sədaları nə üçündür? Nə qatır məclis əhlinə? İnsan anlamadığı, başa düşmədiyi avazdan nəyisə idrak edərmi? Bunu niyə yığışdırmırıq adətimizdən? Allah birdir, bəli. Allah böyükdür, bəli. Allahın rəhməti olsun bizlərlə, bəli. Amma bu oxumaqların məsələyə nə dəxli?” -  deyə açıqlama yayılıb.

Tarix: 24 Aprel 2026, 08:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin