BURADA REKLAMINIZ OLA
BİLƏR

Həzi Aslanovun adını daşıyan küçəyə general Polad Həşimovun adı verilib

Deyirəm, hər gün elə film kimi haqq-hesablar baş verir ki, qalırsan gözünü döyə-döyə. Ha deyirsən, "daha məni təəccübləndirəcək heç nə yoxdur", hər gün yenə təəccüblənirsən.

 

Il Dünya müharibəsində yeganə azərbaycanlı general- mayor Həzi Aslanovun adını daşıyan küçəyə general Polad Həşimovun adını vermək kimi kreativ düşüncəli məmurları var yurdumun insanının. Bu boyda Bakı şəhərində, o boyda Qəbələdə general Həşimovun adını əbədiləşdirəcək nə bir küçə, nə bir park tapılmadı. Yaxşı ki, H. Aslanovun adına o küçə varmış...

 

Fikir verirsiniz də hara ayaq qoyuruqsa boşa düşür...

 

İlahi, niyə hər gün göydən başımıza bir kərpic atıb bizə belə beyin silkələnmələri yaşadırsan axı? Nə olub günahımız bu boyda ki, bədəlindən qurtula bilmirik...

 

Vallah bizə korona hesss zad eliyən deyil.. Ondan böyük dərdimiz var, nə müalicəsi mümkündür, nə sağalması...

 

Əzizə İsmayılova

 

Jurnalist

Tarix: 5 Avqust 2020, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin