BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkil "Onlayn çimin" deyən deputata suallar ünvanladı: "Xalqa niyə istehza edirsiniz"

HÖRMƏTLİ DEPUTAT Razi Nurullayevə

AÇIQ MƏKTUB

Bir neçə gün əvvəl status paylaşdınız və təklif etdiniz ki, dənizdə çimmək onlayn olsun, hər kəs internetə daxil olub, qeydiyyatdan keçsin. Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər, sonra da çıxıb qumda uzanırlar. Elə kompüterin qabağında çimərlik paltarında dayansınlar, günəşdən yanmamaq üçün krem də sürtsünlər bədənlərinə. Təəccüblənənləri də yaddan şıxartmadınız, soruşdunuz ki, onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz?

Mən də öz səhifəmdə həmin statusunuzu paylaşdım. Bu günlərdə seçicilər sizdən parta yoldaşınız Erkin Qədirli kimi maliyyə hesabatı verəcəyinizi ölkədə yaranmış vəziyyətlə bağlı ciddi mövqe gözlədiyi halda bu yazınız nə qədər başa düşülən idisə, izləyicilərin yazdlqları kəskin şərhlər bir o qədər gözlənilən idi. Sizin reaksiyanız da özünü çox gözlətmədi: "Təəssüf edirəm ki, bəzi dostlar acı istehzanı və sarkazmı tuta bilməyib. Bu status o deməkdir ki, karantin rejiminin bu şəkildə tətbiqi ilə razı deyiləm və onu zərərli hesab edirəm" yazdınız.


İndi mən soruşuram ki, siz xalqın adından danışmaq səlahiyyəti olmasından istifadə edən, karantin rejimi ilə bağlı bütün qanun layihələrinə səs verən şəxs niyə xalqa istehza edirsiniz, sizin sarkazmınız kimə yönəlib? Bu gün MM-dəki çıxışınıza qulaq asdım. Bu çıxış kimə ünvanlanıb, yoxsa o da sarkazmdır. Maraqlıdı büdcə ilə bağlı necə səs vermisiniz, əleyhinə olmusunuzmu, olmamısınızsa çıxış nəyə hesablanmışdı. Əgər çıxışınız vaxtilə hətta rəhbərlikdə təmsil olunduğunuz düşərgənin tənqidinə hesablanmışdısa bunu büdcə ilə əlaqələndirməsəniz daha yaxşı olmazdımı?


Adil İsmayılov

Vəkil

Tarix: 6 Avqust 2020, 07:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin