BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Həşimovun adına verilən küçə ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əsgərov Qəbələdə Polad Həşimovun adına verilən küçə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, C.Əsgərov deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.

 

“Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəyə adının verilməsi bəzi mətbuat orqanlarında yanlışlıqla işıqlandırılıb. Bir sıra KİV məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib – C.Əsgərov bildirib.

Fotoları təqdim edirik
Tarix: 6 Avqust 2020, 09:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin