BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputatdan Livana yardımla bağlı açıqlama: “Özünü sevdirməyin bundan yaxşı yolu?”

Sabiq deputat Etibar Hüseynov Azərbaycanın Livana yardım etməsi məsələsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, E.Hüseynov Azərbaycanın bu addımını “Özünü sevdirmək” adlandırıb.

 

“Bir anlıq təsəvvür elə ki, suda boğulursan; və bu vaxt da sənə əlini, uzun illərin dostu deyil, düşmən bildiyin birisi uzadır. Bax, Azərbaycanın da Livana etdiyi yardımın arxasında bu məqsəd dayanır. Özünü sevdirməyin bundan yaxşı yolu? Deyirlər ki: Livan bizim düşmənimizdi, ermənilərin dostu. Bəs Livan səni niyə sevməlidir, nədən sənə dost olmalıdır? İndiyə qədər bunun üçün nə etmisən? Heç bu haqda düşündünmü?” – E.Hüseynov qeyd edib.

Tarix: 6 Avqust 2020, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin