BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rayonlara gediş-gəliş açılsın” - Deputat

Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.

 

Pravda.az-ın xəbərinə görə, F.Mustafa bildirib ki, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur.

 

“Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma  nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib.

 

Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır:

 

“Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.

Tarix: 6 Avqust 2020, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin