BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda abadlıq işlərinə 61 milyon ayrıldı - İşləri bu şirkət görəcək

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 61 087 536 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC, icraçı isə “Xezer-Construction” MMC-dir.

 

Tərəflər arasında müqavilə bağlanıb.

 

Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-dur. Qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

 

Cabir

Tarix: 29 Aprel 2026, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin