BURADA REKLAMINIZ OLA
BİLƏR

Flora Kərimova səhhətindən danışdı: "İki ay oturaq vəziyyətdə yatmalı oldum"

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı". Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.

 

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.

 

Qeyd edək ki, F.Kərimovanın 85 yaşı var.

Tarix: 29 Aprel 2026, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin