BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

“Bu gün əmək pensiyaları iki hissəyə bölünür”.

Pravda.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların əməkhaqlarının artımı həyata keçirildikdə pensiyalarının məbləği artır: “Ancaq ümumi əsaslarla pensiyaların məbləği isə hər il dövlət başçısının müvafiq sərəncamları ilə indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Dəyişikliklərdə heç bir halda hərbi qulluqçuların pensiya təminatının azalmasından söhbət getmir. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana yox, hər il indeksasiya edilsin”.

Tarix: 6 Avqust 2020, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin