BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir qadağa tətbiq edildi - Avqustun 9-da…

Avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı müvafiq qərarına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxmasının qarşısını almaq məqsədilə valideynlərin, eləcə də ictimaiyyət və KİV nümayəndələrinin andiçmə mərasimlərində iştirakı qadağandır.

Vətəndaşlarımızdan bu qərara anlayışla yanaşmağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.

Tarix: 6 Avqust 2020, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin