BURADA REKLAMINIZ OLA
BİLƏR

Sülh Şurasının fəaliyyəti hiss olunur? – Deputatdan AÇIQLAMA

“Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılan Sülh Şurası ideya mərhələsindən artıq institutlaşma mərhələsinə qədəm qoymaqdadır. Amma dünyada baş verən gərgin hərbi-siyasi proseslər kontekstində, görünür, bu təşkilatlanmanın sona çatması bir qədər vaxt alacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, hazırda baş verən proseslər Sülh Şurasına beynəlxalq dəstəyini ifadə olunmasında müəyyən problemlər yaradıb: “Amerika bu gün müharibə vəziyyətindədir. Əsas diplomatik və siyasi diqqəti Yaxın Şərqdə baş verən hadisələr üzərində cəmləşdirib. Məncə, Sülh Şurasının hansı səviyyədə beynəlxalq münasibətlərdə rol oynayacağı, təşkilatlana biləcəyi Yaxın Şərqdə baş verən hadisələrin hansı nəticə ilə başa çatacağına bağlıdır. Müharibədən Amerika güclənərək çıxacaqsa, onun sədrlik etdiyi Sülh Şurası da güclənəcək. Əgər hadisələrdən başqa istiqamətdə istifadə edəcəklərsə, o zaman Sülh Şurasının güclənməsi və ya institutlaşması bir qədər fərqli olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 1 May 2026, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin