Avropa Parlamentinin qətnaməsinin bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas kimi də xarakterizə etmək olar.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında hər hansı öhdəliyi mövcud deyil. İkincisi, Avropa Parlamenti institusional olaraq bu kimi məsələlərdə mövqe bildirmək üçün xüsusi mandatı olan qurum deyil. Avropa İttifaqının Parlament institutuna kim və ya hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar İttifaqın hüdudlarından kənarda yerləşən regionlar və ölkələr barədə bu cür mövqelərlə çıxış etsinlər.
Bu baxımdan, bütövlükdə həmin qərarların bizim üçün əhəmiyyəti yoxdur. Lakin bu proses müəyyən tendensiyaların göstəricisidir. Azərbaycan Respublikası regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Göründüyü kimi, Ermənistan–Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması, o cümlədən Ermənistanın enerji təhlükəsizliyinə töhfə verilməsi istiqamətində Azərbaycan tərəfindən ciddi addımlar atılır.
Belə bir şəraitdə, Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa Parlamenti tərəfindən diplomatik baxımından rüsvayçı bir qətnamə qəbul edilir. Avropa Parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Bunu pozuculuq və provokasiya xarakterli addımlar kimi qiymətləndiririk”, - Hikmət Hacıyev qeyd edib.
Prezidentin köməkçisi əlavə edib ki, bu gün Ermənistanla Azərbaycan Vaşinqton sammitində qəbul edilmiş qərarların ruhuna uyğun olaraq addımlar atır: “Təbii ki, burada təşəbbüs məhz Azərbaycan Respublikasının əlindədir. Ölkəmiz sülh gündəliyini irəli aparır. Avropa Parlamenti tərəfindən belə addımların atılması Azərbaycanafob, islamofob təfəkkürlə çıxış edən müxtəlif siyasi qruplaşmalardır ki, bu mövqedə durublar. Təkrar qeyd edim ki, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Amma yenə də biz diplomatik kanallarla bu məsələdə öz qəti mövqeyimizi bildirdik. Azərbaycan Milli Məclisi də bu gün Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdı və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə də vurulmuş bir zərərdir"./APA
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
Ən son xəbərləri səhifəmizdən də izləyin