BURADA REKLAMINIZ OLA
BİLƏR

Müşfiq Cəfərov: “Azərbaycanın müstəqil siyasət yürütməsi Qərb dairələrini narahat edir”

“Azərbaycanın Avropa çempionatlarında və digər mötəbər idman yarışlarında iştirakı, qazandığı uğurlar son illərdə ölkənin beynəlxalq nüfuzunun artması və idman sahəsində güclü rəqibə çevrilməsi fonunda bəzi dairələr tərəfindən birmənalı qarşılanmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliklər dünya çempionatlarında tez-tez baş verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

 

M.Cəfərov qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi, bölgədə əsas güc mərkəzinə çevrilməsi və enerji təhlükəsizliyində etibarlı tərəfdaş olması bəzi Qərb dairələrini narahat edir: “İdman uğurları bu siyasi və iqtisadi gücün davamı kimi görüldüyündən, bəzən siyasi təzyiq vasitəsi kimi idmana müdaxilə edilir. Bütün bunlar Avropada idmanın siyasiləşdirildiyini təsdiqləyir. İdman yarışlarında hakim səhvləri, subyektiv qərarlar və ya selektiv yanaşma tez-tez olur. Xüsusilə güləş, boks, cüdo kimi subyektiv qiymətləndirmə elementləri olan idman növlərində bu hallar daha çox müzakirə edilir. Bəzi yarışlarda qərarların sistemli şəkildə mübahisə doğurması müşahidə olunur. Bu da dövlət başçımızın söylədiklərinin təsdiqidir. Azərbaycanın siyasi, iqtisadi mövqelərinin güclənməsini həzm edə bilməyən Avropadakı siyasi dairələr ölkəmizin idmanda da uğurlarını, idman ölkəsi kimi tanınmasını istəmirlər. Beynəlxalq federasiyalar və hakim korpusu da bəzən siyasi və ya regional təsirlərdən tam azad olmur. Bu isə qərarların obyektivliyinə kölgə sala bilir”.

 

Şəhanə Quliyeva

Tarix: 2 May 2026, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin