BURADA REKLAMINIZ OLA
BİLƏR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Mayın 3-də Bakıda və Abşeron yarımadasında, 3-4-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verib.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə şimal-şərq küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Tarix: 2 May 2026, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin