BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-də təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub

ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub.


Bu barədə "Fox News" telekanalı xəbər verib.


"Amarillo" klubunun oyunçuları Nyu-Braunfelsdə keçirilən turnirə gedirmiş. Qəza Vimberleydə baş verib.


Mənbənin məlumatına görə, qəzadan bir müddət əvvəl hava nəqliyyatı dispetçeri təyyarənin qeyri-adi manevrlər etdiyini görüb və hava gəmisi sonra radardan itib.


Qeyd olunur ki, qəza zamanı ərazidə hava buludlu olub və sonra ildırım çaxıb./Report


Tarix: 3 May 2026, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin