Reklam

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar.

 

Sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib.

 

Məlumata görə, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moniz məsləhət görüb ki, gicgahların hər iki tərəfindən nazik hörüklər hörülərək arxadan bərkidilsin. Onun sözlərinə görə, bu üsul göz qapaqlarını, qaşları və alın nahiyəsini vizual olaraq dartılmış göstərir.

 

Bloqer Medi Heyn isə bildirib ki, aktrisa Enn Hetueyin stilisti onu "Oskar" mükafatı gecəsində eyni üsulla cavan göstərib: "Mən bunu sınaqdan keçirdim və həqiqətən işlədiyinə inanmadım".

 

O əlavə edib ki, hörüklər çox sıx bağlandıqda bir müddət sonra baş ağrısı yarana bilər, lakin bəzi insanlar bu effekti əldə etmək üçün buna razıdırlar./Oxu.az

 

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

Qadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO

Tarix: 4 May 2026, 07:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin