BURADA REKLAMINIZ OLA
BİLƏR

Aydın Mirzəzadə: “Demədiyim cümləni paylaşanların Əli Kərimli, ya da İsa Qəmbərlə şəkillərini görürəm..."

“Bu günlərdə sosial şəbəkələrdə şəklimin altına mənə aid olmayan, heç vaxt demədiyim bir cümləni -  “Azərbaycan dünyanın ikinci Almaniyasıdır” yazaraq paylaşırlar. Həmin adamların səhifələrinə daxil olduqda onların müxalifət liderləri Əli Kərimli, ya da İsa Qəmbərlə şəkillərini görürəm. Belə bir təəssürat yaranır ki, müxalifət bunu məqsədli şəkildə edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mizəzadə deyib.

 

A.Mirzəzadə təəssüf hissi ilə qeyd edib ki, paylaşımlara rəy yazanların heç biri həmin cümləni harada dediyim barədə mənbəni soruşmur: “Görünür, radikal müxalifətin artıq deməyə sözü yoxdur, ciddi bir arqumenti qalmayıb, buna görə də böhtanla, yaxud kiminsə demədiyi fikirlərlə cəmiyyətdə neqativ rəy yaratmağa çalışır”.

 

Aytəkin Qardaşova

Tarix: 4 May 2026, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin