BURADA REKLAMINIZ OLA
BİLƏR

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

"Space" televiziyasına yeni baş direktor təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.  Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib. 

 

Qeyd edək ki, "Space" TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Axar.az saytı "Space" televiziyasının bağlanacağı ilə bağlı xəbər yayımlamışdı.

 

Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Tarix: 4 May 2026, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin