Reklam

"Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə - "Kristal!"

"Kristal"ın prestijli layihəsi "Highland Residence"dən sevindirən xəbər var. Tikintisinin əsas hissəsi tamamlanmış bu yaşayış kompleksində 52 m2, 2 otaqlı studiyadan 108 m2, 3 otaqlıya qədər dəniz və "Gənclik" parkı mənzərəli mənzillər uzunmüddətli ipoteka imkanı ilə satışa çıxarılıb.

 

v

 

 

Tikintisi tamamlanmış binada satışa çıxarılan bu mənzillər 30%-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka imkanı ilə satışdadır. Qısa müddətdə təhvil imkanı bu layihəni həm investisiya, həm də yaşayış üçün əlverişli edir.

 

 

"Highland Residence" 8 Noyabr prospektinə, "Həzi Aslanov" metro stansiyasına yaxın, 43 hektarlıq "Gənclik" parkının düz yanında yerləşir. Kompleksin əlverişli yerləşməsi şəhərin əsas nöqtələrinə çıxışı asanlaşdırmaqla bərabər, ətraf ərazilərdə məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi, park və müxtəlif iaşə obyektlərinin olması sakinlərin gündəlik ehtiyaclarını rahatlıqla qarşılamasına şərait yaradır.

 

 

Yaşayış kompleksində bütün mənzillər tam təmirli formada təhvil verilir. Təmirdə yüksək standartlara cavab verən Avropa brendlərindən istifadə olunur: “HARO” laminat və parket döşəməsi (Almaniya), “Zambaiti Parati” divar kağızı (İtaliya), “Seranit” kafel (Türkiyə), “Grohe” hamam aksesuarları (Almaniya), “Gewiss” elektrik açarları (İtaliya) və “Prysmian” yanmayan kabel infrastrukturu (İtaliya). Həmçinin mənzillər sahə itkisinə yol verilmədən optimal formada planlaşdırılıb, səs və istilik izolyasiyası ilə təchiz edilir.