BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda təcili yardım avtomobili qəzaya düşdü – FOTOLAR

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

 

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) məxsus “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi xəstə apararkən geriyə dönmə əməliyyatı edib. Bu zaman həmin istiqamətdə yüksək sürətlə gələn “Mercedes” markalı minik avtomobili ona çırpılıb. TTTYX-yə məxsus avtomobildən xəstə çıxarılaraq başqa bir “Ambulans”la xəstəxanaya aparılıb.APA

Fotoları təqdim edirik
Tarix: 15 Dekabr 2019, 20:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin