Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Məmmədovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, Faiq Məmmədov 2023-cü ildə Mingəçevir şəhəri ərazisində avtomobillə hərəkətdə olarkən digər sürücü ilə yol hərəkəti zəminində mübahisə edib və sonradan ona ağır xəsarət yetirib.
Belə ki, o, idarə etdiyi “Xəzər” markalı avtomobillə Ş.İ.Xətai küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini yolun sağ kənarı ilə deyil, mərkəz hissəsi ilə idarə edib. Bu zaman eyni istiqamətdə arxadan hərəkət edən “Mercedes Benz” markalı avtomobilin sürücüsü, zərərçəkmiş Elvin Paşayev onun hərəkətinə etiraz olaraq səs siqnalından istifadə edib.
Bundan sonra tərəflər arasında söz mübahisəsi yaranıb. Faiq avtomobilini H.Əliyev prospektində, “Sənaye parkı”nın inzibati binasının qarşısında saxlayaraq nəqliyyat vasitəsindən düşüb. Onun hərəkətlərini görən zərərçəkmiş şəxs də avtomobilini yaxınlıqdakı avtobus dayanacağında saxlayaraq düşüb və tərəflər üz-üzə gəliblər. Təqsirləndirilən şəxs Elvinə yaxınlaşmaq üçün işarə edib. Sonra zərərçəkmiş ona yaxınlaşan anda avtomobilinin salonundan götürdüyü balta ilə qəfil hücum edib. Heç bir zorakılıqla qarşılaşmadığı halda Faiq Elvinin baş nahiyəsinə bir dəfə zərbə endirib.
Hadisə nəticəsində Elvin Paşayev açıq kəllə-beyin travması, alın sümüyünün açıq sınığı və subdural hematoma ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır xəsarətlər alıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Hökmdən verilmiş apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü qismən dəyişdirib. Belə ki, məhkumun əməli ağır zərər vurma maddəsindən sağlamlığa az ağır zərər vurma maddəsinə tövsif edilib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bundan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib və Ali Məhkəməs iş üzrə apellyasiya qərarını ləğv edərək cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb.
İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarla əvvəlki mövqeyini qüvvədə saxlayıb. Məhkəmə kollegiyası Faiqin əməlini yenidən Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edib və ona 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Eyni zamanda Faiqin həmin cəzanı artıq çəkdiyi nəzərə alınaraq onun cəzasını çəkmiş hesab olunması barədə qərar qəbul edilib. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.
Sonuncu qərardan isə dövlət ittihamçısı tərəfindən yenidən kassasiya protesti verilib.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin