Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərini bölüşüb.
Hakimin sözlərinə görə, bəzi hallarda cəmiyyət verilən cəzanı ya həddindən artıq yüngül, ya da çox ağır hesab edir. Bu yanaşmanın emosional reaksiyalardan qaynaqlandığını qeyd edən A. Qurbanova bildirib ki, məhkəmələr qərar qəbul edərkən hisslərə deyil, hüququn tələblərinə əsaslanır.
“Cəmiyyət hadisələrə daha çox ağrı, qəzəb, empatiya və qorxu hissləri ilə yanaşır. Məhkəmənin əsas vəzifəsi isə cəmiyyətin gözləntiləri ilə hüququn tələbləri arasında düzgün balansı qorumaqdır”, – deyə hakim vurğulayıb.
A.Qurbanovanın sözlərinə görə, bu balansın əsas dayaqlarından biri qanunilik prinsipidir. Məhkəmə istənilən cəzanı tətbiq edə bilməz və yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə qərar qəbul edir. Həmin çərçivə isə cəmiyyətin maraqları nəzərə alınmaqla müəyyənləşdirilir.
Hakim bildirib ki, cəza təyin edilərkən əsas prinsiplərdən biri də ədalət və mütənasiblikdir. Onun sözlərinə görə, məhkəmə yalnız nəticəyə deyil, cinayətin törədilmə şəraitinə, təqsirin formasına, şəxsin əvvəlki həyat tərzinə və hadisədən sonrakı davranışına da hüquqi qiymət verir. Məhz bu amillər cəzanın həqiqi ölçüsünü müəyyən edir.
Hakim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, cəza təyin edilərkən formal yanaşmaya yol verilməməli, hər bir iş fərdi qaydada araşdırılmalıdır.
A.Qurbanovanın fikrincə, bəzi hallarda məhkəmə şəxsin ilk dəfə cinayət törətməsini, peşmançılıq hissini və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq daha yüngül cəza tətbiq edə bilər. Digər hallarda isə cinayətin planlaşdırılması, residiv halları və əməlin yüksək ictimai təhlükəliliyi daha sərt hüquqi nəticələrə səbəb olur.
Hakim qeyd edib ki, məhkəmə qərarlarının əsaslandırılması ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır: “Əgər hökm aydın, məntiqli və hüquqi baxımdan əsaslandırılmışdırsa, cəmiyyət onu daha asan qəbul edir. İnsanlar yalnız nəticəni deyil, həmin nəticənin arxasında duran hüquqi səbəbləri də görməlidir.”
Sonda A. Qurbanova bildirib ki, hüquqi dövlətdə ədalət emosiyalarla deyil, qanun və sübutlarla müəyyən olunur: “Məhkəmə cəzanı cəmiyyətin emosiyalarına görə deyil, qanunun və ədalətin tələblərinə uyğun təyin edir. Əsl balans da məhz burada qurulur.”
12 May 01:25
12 May 00:06
11 May 23:24
11 May 21:55
11 May 21:29
11 May 21:27
11 May 20:13
11 May 18:47
11 May 17:51
11 May 17:15
11 May 16:16
11 May 16:12
11 May 15:55
11 May 15:50
11 May 15:46
11 May 15:41
11 May 15:35
11 May 15:30
11 May 15:21
11 May 15:06
11 May 14:56
11 May 14:52
11 May 13:52
11 May 13:51
11 May 13:18
11 May 12:14
11 May 12:12
11 May 11:55
11 May 11:13
11 May 09:49
11 May 09:47
11 May 08:46
11 May 07:22
11 May 07:11
11 May 00:22
10 May 23:33
10 May 22:41
10 May 21:30
10 May 21:29
10 May 21:28
10 May 21:26
10 May 21:20
10 May 18:52
10 May 18:46
10 May 17:10
10 May 16:00
10 May 14:40
10 May 14:06
10 May 13:23
10 May 13:22
10 May 13:21
10 May 13:19
10 May 13:17
10 May 13:16
10 May 13:15
10 May 13:12
10 May 13:05
10 May 12:31
10 May 12:29
10 May 12:11
10 May 12:09
10 May 11:18
10 May 11:15
10 May 11:09
10 May 10:49
10 May 10:24
10 May 10:20
10 May 10:18
10 May 10:14
10 May 09:16
10 May 08:38
10 May 02:29
10 May 00:11
10 May 00:10
10 May 00:06
10 May 00:04
10 May 00:01
9 May 23:59
9 May 23:54
9 May 23:41
9 May 23:37
9 May 23:34
9 May 23:26
9 May 23:19
9 May 23:16
9 May 22:51
9 May 21:58
9 May 20:23
9 May 19:53
9 May 18:59
9 May 18:20
9 May 18:17
9 May 18:12
9 May 17:58
9 May 17:08
9 May 16:12
9 May 14:59
9 May 14:32
9 May 14:29
9 May 13:33
9 May 13:32
9 May 13:08
9 May 12:40
9 May 12:31
9 May 12:31
9 May 12:25
9 May 12:20
9 May 12:17
9 May 12:16
9 May 11:46
9 May 11:20
9 May 10:23
9 May 10:13
9 May 09:48
9 May 09:18
9 May 08:38
9 May 08:34
9 May 08:20
9 May 08:19
9 May 08:18
9 May 07:50
9 May 04:15
9 May 03:20
9 May 00:52
8 May 23:06
8 May 21:20
8 May 19:28
8 May 19:18
8 May 19:15
8 May 19:11
8 May 18:47
8 May 18:29
8 May 18:27
8 May 18:05
8 May 17:46
8 May 17:10
8 May 17:09
8 May 17:09
8 May 17:02
8 May 16:56
8 May 16:10
8 May 16:06
8 May 15:54
8 May 15:38
8 May 15:18
8 May 15:09
8 May 14:48
8 May 14:44
8 May 14:38
8 May 14:08
Ən son xəbərləri səhifəmizdən də izləyin