Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr son dövrlərdə yenidən aktuallaşıb və bu məsələ cəmiyyətdə geniş maraq doğurur.
Qloballaşan dünyada insan kapitalının dəyərinin artması, gənclərin əmək bazarına daha tez inteqrasiyası və peşəkar kadr potensialının qorunması kimi amillər bu təşəbbüsü gündəmə gətirən əsas səbəblər kimi göstərilir. Eyni zamanda, bir sıra ölkələrdə artıq tətbiq olunan diferensial hərbi xidmət modelləri bu istiqamətdə alternativ yanaşmaların mümkünlüyünü göstərir.
Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması müdafiə qabiliyyətinə, əmək bazarına və sosial ədalət prinsipinə necə təsir göstərə bilər? Bu dəyişiklik uzunmüddətli perspektivdə hansı nəticələrə yol aça bilər?
Deputat Aydın Mirzəzadə Sfera.az-a açıqlamasında bildirib ki, indiki dövrdə hərbi xidmət müddəti optimaldır: “Ali təhsillilər 1 il, orta təhsillilər 1 il yarım hərbi xidmətdən keçirlər. Bu normaldır. Bununla da hər bir kəsin vətən qarşısındakı borcu ödənilir. Eyni zamanda hər bir kəs gələcək üçün ehtiyatlı olan hərbi kadrlardır. Fikrimcə bu ən optimal variantdır”.
Hərbi ekspert Anar Şuşalı isə bildirib ki, Azərbaycanda ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı məsələ cəmiyyətdə müxtəlif suallar doğurur: “Hazırda qüvvədə olan qaydalara əsasən, ümumi hərbi xidmət müddəti 18 ay, ali təhsilli şəxslər üçün isə 12 aydır. Yəni təhsil səviyyəsinə görə fərqləndirmə prinsipi artıq tətbiq olunur. Müzakirə edilən yeni model isə bu fərqi daha da artıraraq, ali təhsillilər üçün xidmət müddətinin daha da qısaldılmasını nəzərdə tutur. Bu modelin tətbiqi müəyyən mənada real görünür. Çünki son illərdə hərbi sistemdə optimallaşdırma və modernləşmə istiqamətində addımlar atılır, eyni zamanda peşəkar ordu modelinə keçid meyilləri güclənir. Bu baxımdan, daha qısa müddətli, lakin daha ixtisaslaşmış xidmət modeli strateji baxımdan uyğun hesab oluna bilər”.
Ekspert qeyd edib ki, bu dəyişiklik bir sıra müsbət nəticələr vəd edə bilər: “İlk növbədə, ali təhsilli şəxslərin əmək bazarına daha tez qayıtması iqtisadi baxımdan faydalı ola bilər. Digər tərəfdən, bu kateqoriyadan olan şəxslərin texniki və ixtisaslaşmış sahələrdə daha effektiv istifadəsi ordunun keyfiyyət göstəricilərini artıra bilər. Lakin məsələnin riskli tərəfləri də var. Xidmət müddətində fərqlərin artırılması cəmiyyətdə sosial bərabərliklə bağlı narazılıqlar yarada bilər. Bundan əlavə, çox qısa müddətli xidmət hərbi hazırlığın keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, bəzi hallarda yalnız xidmət müddətini azaltmaq məqsədilə formal ali təhsilə yönəlmə riski də mövcuddur. Ümumilikdə, bu təşəbbüsün tam və kəskin formada tətbiqindən daha çox, mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirilməsi daha real görünür. Əsas məqsəd isə təhlükəsizlik ehtiyacları ilə sosial ədalət və iqtisadi səmərəlilik arasında optimal tarazlığın qorunmasıdır”.
11 İyun 10:45
11 İyun 10:42
11 İyun 10:37
11 İyun 10:29
11 İyun 10:23
11 İyun 10:14
11 İyun 10:11
11 İyun 10:10
11 İyun 10:06
11 İyun 10:05
11 İyun 09:48
11 İyun 09:46
11 İyun 09:44
11 İyun 09:35
11 İyun 09:29
11 İyun 09:28
11 İyun 09:10
11 İyun 08:55
11 İyun 08:48
11 İyun 08:41
11 İyun 08:28
11 İyun 08:25
11 İyun 08:16
11 İyun 08:12
11 İyun 08:10
11 İyun 08:06
11 İyun 08:03
11 İyun 07:33
11 İyun 07:29
11 İyun 07:28
11 İyun 07:27
11 İyun 07:25
11 İyun 07:23
11 İyun 07:21
11 İyun 07:20
11 İyun 07:19
11 İyun 07:17
11 İyun 07:15
11 İyun 07:14
11 İyun 05:19
11 İyun 05:17
11 İyun 04:57
11 İyun 04:54
11 İyun 04:37
10 İyun 23:53
10 İyun 23:45
10 İyun 23:37
10 İyun 23:20
10 İyun 23:10
10 İyun 22:40
10 İyun 22:33
10 İyun 21:01
10 İyun 20:57
10 İyun 20:53
10 İyun 20:27
10 İyun 20:26
10 İyun 20:25
10 İyun 20:24
10 İyun 20:22
10 İyun 20:21
10 İyun 20:20
10 İyun 20:17
10 İyun 19:07
10 İyun 18:53
10 İyun 18:45
10 İyun 18:44
10 İyun 18:43
10 İyun 18:42
10 İyun 18:41
10 İyun 18:35
10 İyun 18:28
10 İyun 18:19
10 İyun 18:12
10 İyun 18:10
10 İyun 18:02
10 İyun 17:56
10 İyun 17:49
10 İyun 17:43
10 İyun 17:31
10 İyun 17:29
10 İyun 17:27
10 İyun 17:24
10 İyun 17:20
10 İyun 17:14
10 İyun 17:08
10 İyun 17:05
10 İyun 16:54
10 İyun 16:43
10 İyun 16:37
10 İyun 16:30
10 İyun 16:25
10 İyun 16:21
10 İyun 16:17
10 İyun 16:14
10 İyun 16:02
10 İyun 15:59
10 İyun 15:47
10 İyun 15:35
10 İyun 15:34
10 İyun 15:32
10 İyun 15:26
10 İyun 15:25
10 İyun 15:18
10 İyun 15:15
10 İyun 15:14
10 İyun 15:04
10 İyun 14:55
10 İyun 14:51
10 İyun 14:49
10 İyun 14:43
10 İyun 14:42
10 İyun 14:32
10 İyun 14:29
10 İyun 14:26
10 İyun 14:23
10 İyun 14:17
10 İyun 13:58
10 İyun 13:55
10 İyun 13:52
10 İyun 13:34
10 İyun 13:34
10 İyun 13:14
10 İyun 12:57
10 İyun 12:50
10 İyun 12:43
10 İyun 12:29
10 İyun 12:26
10 İyun 12:23
10 İyun 12:18
10 İyun 12:16
10 İyun 12:16
10 İyun 12:13
10 İyun 12:12
10 İyun 12:09
10 İyun 12:01
10 İyun 11:56
10 İyun 11:53
10 İyun 11:48
10 İyun 11:44
10 İyun 11:40
10 İyun 11:35
10 İyun 11:34
10 İyun 11:22
10 İyun 11:19
10 İyun 11:15
10 İyun 11:12
10 İyun 11:03
10 İyun 10:55
10 İyun 10:52
10 İyun 10:45
Ən son xəbərləri səhifəmizdən də izləyin