BURADA REKLAMINIZ OLA
BİLƏR

Ülviyyə Əliyeva: “Gözləmirdim, həyəcandan səsim hər yeri bürümüşdü”

“Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmam xəbəri indi aldım. Mənim üçün bundan böyük şərəfli hədiyyə, mükafat ola bilər? Çox sevindim. Düzdür, gözləmirdim... Çox həyəcanlandım. Keçən il almışdım. Bu il üçün düşündüm ki, yəqin, olmaz. Mənə televiziyadan zəng edib xəbər verdilər. Həyacandan səsim hər yeri bürümüşdü. Var olsun cənab Prezidentim”.

 

Bunu Pravda.az-a açıqlamasında aktrisa Ülviyyə Əliyeva Prezident İlham Əliyev tərəfindən mükafatlandırılmasından danışarkən deyib.

 

O, Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Çox dərin təşəkkürümü bildirirəm ki, mənim sənətimə bu cür dəyər verib, diqqətdə, nəzərlərində saxlayırlar. Allah razı olsun. Aktrisa kimi çox böyük stimuldur. Prezident mükafatçısı olmağın adı özü böyük bir şərəfdir. Çalışacam ki, bu adı mən də şərəflə, ləyaqətlə daşıyım”.

 

Şəhanə Quliyeva

Tarix: 7 May 2026, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin