Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Malik Kərəmlinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub, ona 5 il 1 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilib.
İttihama görə, Malik Kərəmli insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqda və bir qrup şəxs tərəfindən zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilib.
Belə ki, hadisə 05 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Şollar” adlı kafedə baş verib. Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Aydın” adlı şəxslə birlikdə hərəkət edərək, kafenin daxilində olan çoxsaylı müştərilərin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozan davranışlar nümayiş etdirib.
İttihamda qeyd olunur ki, o, özünü cəmiyyət üzərində üstün göstərmək məqsədi ilə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, kafenin müştərisi olan zərərçəkmiş M.M.-in (adı, soyadı şərtidir) sifət nahiyəsindən yumruq zərbələri endirib.
Hadisənin davamında isə tərəflər arasında yaranmış mübahisə dava-dalaşa çevrilib. Bu zaman Malik Kərəmli həmin kafedə olan digər müştəri – zərərçəkmiş N.N.-ə (adı, soyadı şərtidir) bıçaqla hücum edərək onun qarın nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxsin qarın boşluğuna nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan və daxili qanaxmaya səbəb olan ağır xəsarət qeydə alınıb.
İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq – zor tətbiqi ilə törədildikdə) maddələri ilə tövsif edilib.
Lakin birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırdıqdan sonra əməli daha yüngül tərkibli maddələrlə – Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə tövsif edərək təqsirləndirilən şəxsi həmin maddələr üzrə təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Malik Kərəmliyə şərti cəza verilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermişdi.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin