BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

 

Pravda.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

 

Məlumata görə, "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

 

Ş.Vəliyev təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

 

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

 

Keçmiş hərbi prokurorun qardaşı vəzifəsindən azad olundu - FOTO

 

Xatırladaq ki, bu gün Xanlar Vəliyevin qızına isə yeni vəzifə verilib: Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib.

 

Tarix: 8 May 2026, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin