BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadi Şuranın iclası keçirilib

Mayın 8-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində Azərbaycanda turizm sahəsində mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri, turizm bazarının genişləndirilməsi və turizmin inkişafı istiqamətində əsas prioritet tədbirlər və carı iqtisadi məsələlər ətraflı müzakirə olunub.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, gündəlikdə olan məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

 

İclasın yekununda turizm sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tarix: 8 May 2026, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin