BURADA REKLAMINIZ OLA
BİLƏR

Tehran-Bakı aviareyslərinin sayı artırılacaq

Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən artırılacaq.

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında "Bakı Star" şirkətinin direktoru və İran Hava Yollarının Bakı istiqamətində rəsmi nümayəndəsi Məhəmməd Mir Rzayi deyib.

 

Onun sözlərinə görə, gələn həftədən etibarən Tehran-Bakı aviareyslərinin sayı həftədə iki dəfə olacaq, reyslər bazar ertəsi və cümə günləri Tehran-Bakı istiqamətində yerinə yetiriləcək.

 

Şirkət rəhbəri hazırda həftədə 6 reysədək artırma potensialının mövcud olduğunu da diqqətə çatdırıb və əlavə edib ki, bu məsələ gələcəkdə şəraitə uyğun olaraq dəyərləndiriləcək.

 

Məhəmməd Mir Rzayi, həmçinin Bakı-Məşhəd reyslərinin də başlanacağını bildirib. O qeyd edib ki, planlaşdırmaya əsasən, bu uçuş Bakıdan Məşhədə həyata keçiriləcək.

Tarix: 12 May 2026, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin