BURADA REKLAMINIZ OLA
BİLƏR

"Media yoxlanmamış məlumatların təsiri altına düşür" - Natiq Məmmədli

"Media yoxlanmamış məlumatların təsiri altına düşür. Azərbaycan media mühitinin çirklənməsini istəyən qüvvələr var. Jurnalistlərimiz bu istiqamətdə peşəkarlıq göstərməlidirlər. Media həqiqətə xidmət etməlidir. Yalan xəbər doğru xəbərdən sürətlə yayılır. Hazırda bəzi texnologiyalar yalan xəbərin yayılmasını dəstəkləyir".

 

Pravda.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

"Həm öz auditoriyamızı, həm də beynəlxalq auditoriyanı doğru xəbərlərə inandırmalıyıq. Sülh hekayələrimizi elə peşəkarlıqla qurmalıyıq ki, auditoriya bu hekayəyə inansın. Azərbaycan bəyan edir ki, regionda sülhün müəllifidir. Kim sülh istəmirsə, media öz yanaşmasında bu normativləri dəqiq göstərməlidir. SSRİ də bütün dünyaya sülh istədiyini deyirdi, amma dünyaya silah satırdı..." - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 May 2026, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin